Accessibility links

Hillari Klinton Liberiya prezidenti Ellen Conson Sirliflə görüşür


ABŞ dövlət katibi Hillari Klinton bu gün Afrikanın yeganə qadın dövlət başçısı, Liberiya prezidenti Ellen Conson Sirliflə görüşüb, ölkələr arasında əməkdaşlıq məsələsini müzakirə edir.

Amerikada azad edilən kölələrin yaratdığı Liberiya ABŞ-Afrika münasibətlərində xüsusi rol oynayır. Liberiya xanım Klintonun 11 günlük Afrika səfərinin 7-ci dayanacağıdır.

Dünən ABŞ dövlət katibi Hillari Klinton Qərbi Afrikanın ən böyük neft istehsalçısı Nigeriyada o ölkənin xarici işlər naziri Ojo Maduekve və prezident Umaru Yar Adua ilə görüşmüşdü.


XS
SM
MD
LG