Accessibility links

Avropa İttifaqı baş nazir Putini Abxaziyaya səfər etdiyinə görə tənqid edib


Avropa İttifaqı Rusiyanın baş naziri Vladimir Putini Gürcüstandan ayrılmaq istəyən Abxaziya regionunda səfər etdiyinə görə tənqid edib.Bu gün açıqladığı bəyanatında Avropa İttifaqı bu səfərin regionda sabitliyə kömək etmədiyini düşündüyünü bildirib və Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.Cənab Putin Abxaziyada olduğu zaman Rusiyanın lazım olsa, hərbi yardım daxil olmaqla, regiona güclü dəstək verdiyini bildirib.

Ru arara Rusiya xəbər agentlikləri dünən Abxaziyada Rusiya baş naziri Vladimir Putinin səfəri zamanı baş verən partlayış nəticəsində 2 adamın öldüyünü və bir neçəsinin yaralandığını xəbər verir. Abxaziya Moskva tərəfindən müstəqil dövlət kimi tanındıqdan bəri bu Cənab Putinin Gürcüstanın separatçı ərazisinə ilk səfəri idi. Qaqrada baş verən partlayışda 52 yaşlı qadın həlak olmuş və 4 nəfər xəsarət almışdı. Yaralananlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib. Yaralananlardan biri daha sonra xəstəxanada keçinib. Rəsmilər deyir ki, Abxaziya paytaxtı Suxumidə baş verən ikinci partlayışda xəsarət alan olmayıb. Sonuncu partlayış cənab Putin Suxumini tərk edərək Soçiyə qayıtdıqdan sonra baş verib.

XS
SM
MD
LG