Accessibility links

Manuel Zelayanın 40-a yaxın tərəfdarı həbs edilib


Honduras polisi tərəfindən hakimiyyətdən salınan prezident Manuel Zelayanın 40-a yaxın tərəfdarı həbs edilib. Həbslər ölkə paytaxtında ikinci gündür davam edən etiraz aksiyaları zamanı baş verib. Nümayişçilərin polisə daş atması, restoranların pəncərə şüşələrini sırdırması ilə etiraz aksiyası zorakılığa çevrilib.

Rəsmilərin dediyinə görə, qarşıdurmalara nümayişçilərdən bəzisinin Konqresin vitse-prezidenti Ramon Velazquezə hücum cəhdi səbəb olub. Polis San Pedro Sula şəhərində nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Manuel Zelaya iyun ayı çevrilişi zamanı ölkədən xaric edilib.


XS
SM
MD
LG