Accessibility links

İranda fransalı müəllimə zaminə buraxıla bilər


İranda həbs olunan müəllimənin atası qızının bu gün zaminə buraxılacağını bildirib. Remi Reiss deyib ki, qızı Klotild Raissin bu gün tezdən azadlığa buraxılacağını ümid edir. O bunu da qeyd edib ki, heç kim ona bu barədə zəmanət verməyib. Klotild Raiss Iranda Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçilməsindən sonra keçirilən nümayişlər zamanı həbs olunanlar arasındadır. O da bu yaxınlarda keçirilən məhkəmə prosesində müttəhimlərdən biri idi. Fransız müəllimə nümayişlər barədə məlumat əldə etmək, şəkil çəkmək və bunları xaricə göndərməklə casusluqda ittiham olunur. İranın rəsmi İRNA xəbər agentliyi Klotild Raissin öz səhvini etiraf etdiyini yazıb.
İran rəsmiləri bildiriblər ki, o, zaminə buraxılsa da, məhkəmənin hökm çıxarmasına qədər İranı tərk edə bilməyəcək.

XS
SM
MD
LG