Accessibility links

Riçard Holbruk: 'Pakistanda Talibanlar arasında qarışıqlıq yaranması sevindirici xəbərdir'


ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk Pakistan Talibanının lideri Beytulla Məshudun ölümünü böyük uğur sayır. Holbruk Pakistanda Talibanlar arasında qarışıqlıq barədə məlumatı sevindirici xəbər adlandırıb. Vaşinqtonda açıqlama verən cənab Holbruk habelə deyib ki, Taliban və onun müttəfiqləri arasında yenidən tənzimlənmə ola bilər, ancaq Birləşmiş Ştatlar bunun nədən ibarət olacağını bilmir. ABŞ rəsmiləri bildirir ki, Məshudun keçən həftə raket hücumu nəticəsində öldüyünə 90 faiz ehtimal var. Digər tərəfdən bəzi Taliban rəsmiləri Məshudun hələ də sağ olduğunu deyir. Holbruk “Diva Radio”ya bildirib ki, ABŞ-ın dünya ölkələri ilə müqayisədə Pakistana daha artıq hərbi və iqtisadi yardım göstərir.
XS
SM
MD
LG