Accessibility links

Human Rights Watch Əfqanıstan prezidenti Həmid Karzaini tənqid edib


Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən insan haqları qrupu "Human Rights Watch" Əfqanıstan prezidenti Həmid Karzaini seçkilərdə yenidən qələbə qazanmaq üçün ağlagəlməz addım atmaqda ittiham edib. "Human Rights Watch" bildirir ki, cənab Karzai avqustun 20-də keçiriləcək prezident seçkilərində qalib olmaq üçün mübahisəli evlilik qanununu minimal dəyişikliklərlə qəbul edib. Tənqidçilərin dediklərinə görə mübahisəli qanuna qadının həyat yoldaşının icazəsi olmadan evdən çıxmasını qadağan edən məhdudiyyətlər kimi məddələr daxildir.

XS
SM
MD
LG