Accessibility links

Obama səhiyyə islahatı üzərində debata nəzarəti ələ almaq istəyir


ABŞ prezidenti Barak Obama tədricən qızışmaqda olan səhiyyə islahatları debatına nəzarəti ələ almağa çalışaraq amerikalıları səslərinin tonunu endirməyə və həqiqətən mövcud olan fikir ayrılıqları haqda danışmağa çağırır. Şəhər yığıncaqlarında qəzəbli etiraz aksiyalarının ardınca prezident şənbə günü radio və internet müraciətini debatı öz şərtləri altında təqdim etməyə çalışıb. O, deyib ki, status kvoda maraqlı olan adamlar insanları qorxutmağa çalışırlar. Lakin o, deyib ki, detallar üzərində narazılıqlara baxmayaraq əksər amerikalılar razılaşır ki, sınıq sistem islah olumalıdır. Həftəlik radio müraciətində Respublikaçılar da sonuncu fikirlə razılaşıblar. Senator Orrin Hətç bildirib ki, hər bir amerikalı üçün ucuz və keyfiyyətli təbbi xidmət Respublikaçı və ya Demokrat məsələsi deyil. Hətç sağlam debata tərəfdar olduğunu, eyni zamanda artıq xərcləmənin, artıq vergilərin və artıq hökumətin düzgün cavab olmadığını vurğulayıb.
XS
SM
MD
LG