Accessibility links

Pakistanda əsgərlər qətlə yetirilib


Pakistan polisi bildirir ki, ölkənin şimal-qərbindəki Svat vadisində intiharçının hücumu nəticəsində azı 3 əsgər həlak olub, 4 əsgər isə yaralanıb. Təhlükəsizlik ximətinin rəsmiləri deyirlər ki, intiharçı partlayıcı maddələrlə dolu maşınını Xavaza Kela şəhərinin yoxlama məntəqəsi üzərinə sürüb. Keçən aprel ayının axırlarında yaraqlılar hökumətlə bağladıqları sülh müqaviləsini pozduqdan və paytaxt İslamabada tərəf irəlilədikdən sonra hökumət Svat vadisi və onun ətrafındakı bölgələrdə yaraqlılara qarşı geniş miqyaslı hücuma keçib. Rəsmilər bu əməliyyatı müvəffəqiyyətli adlandıraraq deyirlər ki, taliban yaraqlıları məntəqəni tərk edirlər. Bu arada hərbçilərin dediklərinə görə, əsgərlər Svat vadisində yaraqlıları axtaran vaxt baş verən atışmalarda azı 8 yaraqlı öldürülüb və 2 yaraqlı yaxalanıb.
XS
SM
MD
LG