Accessibility links

Senator Cim Veb Birmanı tərk edib


ABŞ Senatoru Cim Veb deyir ki, Birmanın hərbi liderləri ilə görüşü zamanı o, müxalifət lideri Aunq San Su Kyinin azadlığa buraxılmasına çağırıb. Birmanın hərbi hökuməti tərəfindən azad edilmiş amerikalını və ABŞ senatorunu daşıyan təyyarə Banqkokda yerə enib. Con Yetau amerikalı senator Cim Vebi Tailanda uçuşda müşayiət edib. Veb Yetaunun azadlığını dünən Birma lideri general Tan Şve ilə görüşü nəticəsində əldə etdi. Veb Tan Şve ilə görüşmüş ilə Amerika rəsmisidir. Birmanı tərk etməzdən əvvəl qısa mətbuat konfransı keçirən Cim Veb Yettaunu azad etdiyinə görə Birma hökumətinə minnətdarlığını bildirib. Banqkoka gəldikdən sonra Senator Veb müxbirlərə bildirib ki, Çin öz nüfuzundan istifadə edərək Birmanın repressiv və təcrid olunmuş hökumətini islah etməyə çalışmalıdır. Senator deyib ki, Birmada siyasi qarşıdurmanı aradan qaldırmaq və xalqa firavanlıq gətirmək üçün imkanları dövlət katibi Hillari Klintonla müzakirə etməyi planlaşdırır. Cənab Veb Senat Xarici Əlaqələr Komitəsinin Şərqi Asiya və Sakit Okean Hövzəsi üzrə alt komitəsinin sədridir.
XS
SM
MD
LG