Accessibility links

Əfqanıstan rəsmiləri seçkilərin təhlükəsizliyini təmin etməyə çalışırlar


Əfqanıstan rəsmiləri bildirirlər ki, avqustun 20-də keçiriləcək prezident və yerli seçkilərin tam təhlükəsizliyini təmin edəcəklərinə söz verə bilməzlər, lakin taliban yaraqlılarının hücumlarına əngəl törətmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Müdafiə naziri Rəhim Vərdək mətbuat konfransında detib ki, hökumət dünən Kabildəki NATO-nun baş qərargahı yaxınlığında baş verən və 7 nəfərin həlak olmasına səbəb olan intiharçı hücumları kimi əməliyyatın qarşısını ala bilməyəcək. Lakin o, əlavə edib ki, çox sayda adamın yaşadığı bölgələrin tam təhlükəsizliyini təmin etmək üçün lazımı mənbəə yoxdur.Taliban seçicilərə səsvermə məntəqələrinə geməmələri barədə xəbərdarıq edib. Həmin mətbuat konfransında çıxış edən daxili işlər nazri Məhəmməd Hənif Atmar bildirib ki, xalqın səs vermək üçün seçki məntəqələrinə gedəcəyinə əmindir.
XS
SM
MD
LG