Accessibility links

Kaliforniya ştatının bəzi yerlərində yanğınlar davam edir


Kaliforniya rəsmiləri sakinləri ştatın bri sıra yerlərində yanğınlarla əlaqədar elan edilmiş evakuasiya əmrinə əməl etməyə çağırırırlar.

Qubernator Arnld Şvarseneqqer dünən ştatın şimal-qərbində yerləşən Santa Kruz dağlarında yanğının ən çox yayıldığı ərazilərə baş çəkib. Burada yanğın 3 min hektar sahəni bürüyüb və yanğınsöndürənlər onun 30 faizini söndürə biliblər. Arnold Şvarseneqqer ştatın hər yerini bürümüş yanğınların söndürülməsi səyləri üçün fövqəladə hallarda çalışan qruplara əlavə resurslar ayrılmasına söz verib.

Ştatın şimalında Los Padres Milli qoruğunda 2 min yanğınsöndürən meşələrdə yanğını söndürmək işinə cəlb edilib. Rəsmilər bildirir ki, yanğına səbəb Meksikada narkotik maddələr alverilə əlaqəsi olan xəşiş istehsalçılarının piknik zamanı od qalaması olub.

Avqust ayının 1-dən Kaliforniayda yanğınlar təxminən 47 min hektar sahəni bürüyüb, 2 min 700-dən çox evdən insanlar vakuasiya edilib.

XS
SM
MD
LG