Accessibility links

Holbruk Pakistanın Talibana qarşı mübarizəsinə yüksək qiymət verib


Pakistanda səfərdə olan Birləşmiş Ştatların xüsusi nümayəndəsi Riçard Holbruk ölkənin hərbi qüvvələrinin taliban yaraqlılarına qarşı mübarizəsinə yüksək qiymət verib.

Holbruk bu gün müxbirlərə deyib ki, Pakistan ordusu Taliban yaraqlılarına mübarizədə üstünlük əldə edib və vəziyyət indi bir neçə ay əvvəllə müqayisədə daha yaxşdıdır.

Birləşmiş Ştatlar Əfqanıstanda qeyri-sabitliyin əsas mənbəyi kimi Pakistanın talibanın üstünlük təşkil etdiyi qəbilələrin yaşadığı ərazilərinə xüsusi diqqət verir.

Holbrukun sözlərinə görə, Pakistan ordusunun son zamanlar əldə etdiyi inkişaflar o deməkdir ki, rəsmilər indi diqqəti regionun digər problemləri və xüsusilə də ağır vəziyyətdə olan iqtisadiyyatına yönəldə biləcəklər.

Holbruk Pakistanın şimal-qərbində Svat vadisinə səfər etməliydi, lakin ABŞ səfirliyinin nümayəndəsi bildirib ki, güclü yağışlara görə onun səfəri təxirə salınıb.

XS
SM
MD
LG