Accessibility links

Bollivud ulduzu Şah Ruh Xan Nyu York hava limanında saxlanılıb


Hindistanın kino mərkəzi Bollivudun ulduzu Şah Ruh Xan şənbə günü Nyu Yorkdan Çikaqoya uçan təyyarəyə minməzdən əvvəl iki saat ABŞ-ın mühacirət idasərinin agentləri tərəfindən sorğu-suala tutulub.

Hindistanda mino sənayesinin ən böyük ulduzlarından biri hesab olunan Xan deyib ki, rəsmilər onu Nyu York ətrafındakı Nyuvark Liberti hava limanında təyyarəyə minmək üçün yoxlamadan keçəndən sonra saxlayıblar. O, telefon və tekst mesaj vasitəsilə Hindistanda jurnalistlərə bildirib ki, onun adının kompyuterdə axtarışda olanlar siyahısında çıxdığını deyiblər. Xan Hindistan və Pakistanda müsəlmanlar arasında ən çox yayılmış adlardan biridir.

Bir neçə saatdan sonra Dehlidə və Vaşinqtonda Hindistanın və ABŞ-ın diplomatları Xanın hava limanında saxlmanası xəbərini aldıqdan sonra onun azad edilməsi üçün işə başlayıblar.

Dehlidə ABŞ-ın Hindistandakı səfiri Timoti J.Romer deyib ki, Xan "qlobal miqyasda bir ulduzdur" və Birləşmiş Ştatlarda olduqca əziz bir qonaqdır.

44 yaşlı aktyor və prodüser Şah Ruh Xan son ay Birləşmiş Ştatlarda özünün yeni "My Name is Khan" ("Mənim adım Xandır") adlı filmi üzərində işləyir. Filmdə irqi məsələ, ayrı-seçkilik və bu kimi digər mvzulara toxunulur.

XS
SM
MD
LG