Accessibility links

Inquşetiyada baş verən bomba partlayışı azı 20 nəfərin ölümünə səbəb olub


Rusiyanın İnquşetiya respublikasının Nazran şəhərindəki baş polis məntəqəsində baş verən bomba partlayışı azı 20 nəfərin ölümü, 100-ə yaxın adamın yaralanmasına səbəb olub. Yerli rəsmilər bomba yerləşdirilmiş yük maşınının bu gün səhər polis məntəqəsinin giriş qapısından içəri girərək, polislərin səhər düzləninə toplaşdıqları vaxt partladıldığını bildirmişlər. Rəsmilər 200 kq-dan çox partlayıcı maddənin istifadə edildiyi partlayış zamanı ətrafdakı binaların və maşınların sıradan çıxdığını, yaralananlar içərisində azı 9 uşağın olduğunu deyirlər.

XS
SM
MD
LG