Accessibility links

Misir prezidenti Hüsnü Mübarək rəsmi səfərlə Vaşinqtondadır


Birləşmiş Ştatlarda səfərdə olan Misir prezidenti Hüsnü Mubarək Ərəb dünyasının İsraili yalnız Yaxın Şərqdə hərtərəfli və ədalətli sülhə nail olunmasından sonra tanıyacağını deyib. Cənab Mübarək Misrin dövlət qəzeti Əl-Əhram qəzetinə verdiyi müsahibəsi zamanı İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmalı və fələstinlilərlə sülh danışıqlarına başlamalı olduğunu, yalnız bundan sonra Ərəb ölkələrinin bu yəhudi dövləti ilə münasibətləri normallaşdıra biləcəyini deyib. Cənab Mübarək deyib ki, İsrail Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırdığı təqdirdə, bir neçə ərəb dövləti artıq İsraildə ticarət ofisləri açmağa və nümayəndələr mübadiləsinə hazır olacaq.

Bu gün cənab Mübarək Vaşınqtonda Birləşmiş Ştatlar dövlət katibi Hillari Kilintonla, sabah isə ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

XS
SM
MD
LG