Accessibility links

İran fransız müəllimə Klotild Reysi zaminə buraxıb


Fransa prezidentinin idarəsi deyir ki, İran fransız müəllimə Klotild Reysi zaminə buraxıb. O, İran prezidentinin ikinci müddətə seçilməsi əleyhinə keçirilən nümayişlər zamanı casusluq ittihamı ilə məhkəməyə cəlb olunmuşdu. Prezident Nikola Sarkozi deyib ki, o, telefon vasitəsilə Reyslə danışıb və hazırda Reysin səhhəti və əhval-ruhiyyəsi yaxşıdır. Reys haqqında qərar çıxanadək Fransanın Tehrandakı səfirliyində qalacaq. Fransa xarici işlər naziri Bernard Kuşner televiziya ilə çıxışında deyib ki, Fransa Reysin azadlığa çıxması qarşılığında zamin qoyub və bu məbləğ çox deyil. Reys nümayişçilər barədə məlumat toplamaq, şəkillər çəkmək və onları xarici göndərməklə casusluq etməkdə ittiham olunub. Bununla yanaşı, İran iyundakı prezident seçkilərindən sonra baş qaldırmış iğtişaşlarla bağlı əlavə 28 məhbusun məhkəmə işinə baxıb. İranın rəsmi mətbuat orqanının bildirdiyinə görə, məhkəmədə açıqlanan ittihamnamə 28 nəfəri 12 iyun prezident seçkilərindən sonrakı iğtişaşları hələ illər əvvəl planlaşdırmaqda ittiham edir. Bu, seçkilərdən bəri keçirilən 3-cü siyasi məhkəmədir.
XS
SM
MD
LG