Accessibility links

Sibirin Sayano-Şuşinskaya hidro-elektrik stansiyasında partlayış baş verib


Rusiya rəsmiləri Sibirin şərq bölgəsində, ölkənin ən iri elektrik stansiyalarından olan Sayano-Şuşinskaya hidro-elektrik stansiyasında bu gün axşam baş verən partlayış nəticəsində 10 nəfərin öldüyünü, azı 11 nəfərin yaralandığını, onlarla insanın isə itkin düşdüyünü bildirirlər. Transformatorun partlaması nəticəsində axan neftin tirbunların yerləşdiyi maşın otağına dolmasından sonra Stansiyanın işinin dayandırılması barədə göstəriş verildiyi deyilir. Rusiyanın fövqəladə hallar naziri Sergey Şayqu su bəndinə ümumilikdə ziyan dəymədiyini və Yenisey çayı sahilində, stansiyanın yaxınlığında yaşayan sakinlərin təhlükəyə məruz qalmadıqlarını deyib.

XS
SM
MD
LG