Accessibility links

Cənubi Koreyanın görkəmli siyasi xadimi vəfat edib


Şimali Koreya ilə yeni barışıq siyasətinin əsasını qoymuş Cənubi Koreyanın sabiq prezidenti Kim Dae Cunq 85 yaşında vəfat edib. Medianın verdiyi məlumata görə cənab Kimin vəfatının səbəbi ürək tutması olub. O, ötən aydan bəri Seuldakı xəstəxanada sətəlcəmdən müalicə edilirdi. Cənab Kim 2000-ci ildə Şimali koreya lideri Kim Conq İllə sammit təşkil etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdü. Həmin sammit yarım əsr davam edən düşmənçiliyi aradan qaldırmağa başladı. Kim Dae Cunq həmçinin prezidentliyi dönəmində Koreyanı Asiya maliyyə böhranından çıxarmasına görə tanınır.
XS
SM
MD
LG