Accessibility links

Sabah Əfqanıstanda prezident seçkiləridir


BMT-nin baş katibi Pan Gi Mun son zamanlar artan zorakılıqlara baxmayaraq, seçiciləri fəallığa çağırıb. Baş katibin bəyanatında deyilir ki, Əfqanıstanın səsvermə hüququna malik olan əhalisi seçkilərdə sülh və rifah naminə iştirak etməlidir.

Bu çağırış paytaxt Kabildə yol verilən zorakılqılar vaxtına təsadüf edir. Polis 3 silahlı naməlum şəxsin prezident sarayı yaxınlığındakı banka hücum etdiyini bildirir. Hücum zamanı 3 polis işçisi xəsarət alıb. Hücumun məsuliyyətini Taliban üzərinə alıb.

ABŞ dövlət katibi Hillari Klinton artan zorakılqıların seçicilərin qorxudulması mahiyyəti daşıdığını deyib. Sabah Əfqanıstan prezidenti Həmid Karzay 30 rəqiblə üzləşir.


XS
SM
MD
LG