Accessibility links

ABŞ-da əcnəbi tələbələrin işləmək hüququ


Xarici tələbələrin ABŞ-da işə düzəlmə prosesi uzun vaxt aparır. Prosesdə müxtəlif hökumət agentlikləti iştirak edir. Burada habelə siyasi məsələlər rol oynayır.

Misal üçün bu ilin fevral ayında prezident Barak Obamanın imzaladığı American Recovory və Reinvestment Act-ın bu məsələ ilə bağlılığı var. Buraya federal stimullaşdırma paketindən maliyyə alan şirkətlərdə amerikalı bacarıqlı işçilərin yerini tutan əcnəbi əməkdaşlara qarşı şərtlər daxildir.

Bəzi sahələrdə İş ixtisarları zəifləyib. Buna baxmayaraq iqtisadi tənəzzül milyonlarla iş yerinin itirilməsinə səbəb olub və onların bərpası uzun vaxt alacaq.

Əcnəbi məzunların H1B vizasını əldə etməsi üçün iş təklifi alması zəruridir. Bu, insanın ixtisası üzrə işləməsi üçün qeyri-immiqrant vizasıdır. İş təminatçıları bu viza üçün müraciət edir. Viza adətən 3 illik verilir və sonra vizanın daha 3 il müddətinə uzadılması mümkündür.

Şeril Gilman Los Anceles şəhərində Cənubi Kaliforniya Universitetində viza xidmətləri ilə məşğul olur. O deyir ki, gələn il üçün hələ də H1B vizası almaq mümkündür. Onun fikrincə, tənəzzül işlə təmin edən şirkətlərin əcnəbilərə sponsorluq etməsinə də təsir göstərib.

Hər il bakalavr dərəcəsi alan 65 min tələbəyə H1B vizası əldə edir. Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı Bill Rayt deyir ki, bu günə kimi bu növ viza üçün 45 mindən az müraciət olub.

Bu viza üçün müraciət edən digər daha yüksək elmi dərəcələrə malik insanların sayı isə 20 mindən çox olub. Bundan başqa digər qruplar üçün minlərlə vizalar verilib.

Emi Ramirez Marilenddəki Con Hopkins Universitetində administratordur. O, deyir ki, oxuduqları universitet üçün çalışan və ya təcrübə keçən tələbələr H1B vizası almaq üçün daha real imkana malikdirlər. O, deyir ki, xarici tələbələrə praktiki iş təlimi seçimi verilir. Bu, onlara universiteti bitirdikdən sonra öz sahələri üzrə bir illik müvəqqəti işləmək imkanı verir.

Çox zaman məhz bundan sonra işlə təmin edən şirkətlər H1B vizası üçün müraciət edir. Ancaq Eymi Ramirez və Şeril Gilman deyir ki, xarici tələbələr viza qaydalarının tez-tez dəyişdiyini anlamalıdırlar.
XS
SM
MD
LG