Accessibility links

Təbrizdə Fars Dili Konfransı azərbaycanlıların reaksiyasına səbəb olub


İnsafəli Hidayətin reportajı

Təbrizdə Fars dili və ədəbiyyatının inkişafı məqsədilə dördüncü konfrans keçirildi. İran azərilərinin bir çox cəmiyyəti konfransın Təbrizdə təşkil edilməsini tənqid etmişlər.


Bu konfransda fars dilini daha çox yaymaq haqda 130 məruzəçi və alim danışdı. Konfrans nəticəsində bir neçə maddəlik qərar qəbul olundu. Həmin qərarda belə deyilir: “Fars dili neçə min illik dildir və iranlıların milli kimliklərinin əsasını təşkil edir. Bu dil İranın milli birlik və bütövlüyünün səbəbidir.”


Toplantıda iştirak edənlər İran dövlətindən hər bir böyük siyasi, mədəni, iqtisadi və digər qərarlarında fars dilinin inkişafının nəzərə alınmasını istədilər. Konfrans dövlətdən fars dilini yaymaq ücün İranın dövrəsində olan məmləkətlərdə pul xərcləməsini, xarici dövlətlərə fars dilli müllimlər göndərməsini və o məmləkətlərdə fars dilini bilənlərə bu dili daha yaxşı öylənmək imkanları yaratmasını istədi.


İran Azərbaycanında fars dili konfransında media və mədəniyyət işçilərindən fars dilinə daha çox diqqət göstərilməsi istənildi. İranın rəsmi və idarə dilinin fars dili olduğu və başqa dillərə evlər və küçə-bazardan başqa yer olmadığı halda. İranda fars dilindən əlavə turk və ya azəri, kürd, ərəb, türkmən və fars dilinin müxtəlif ləhcələri var. Amma məktəblərdə və universitetlərdə onların tədrisi rəsmən qadağandır.


İranda türk, ərəb, kürd və digər dilləri danışan xalqlar narahatdırlar ki, İran rəsmiləri onların dilini və mədəniyyətlərini fars dili və mədəniyyəti kimi İran xalqınn sərvəti kimi görmür və o dillərə təhlükə kimi baxır. Bu məsələləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi son prezident seçkiləri kampaniyası zamanı qaldırdılar ki, İrandakı türk və digər xalqların himayəsini qazansınlar. Onların geniş himayə görən bu çıxışları qarşısında namizədlərin təbliğatlarının əsl mövzularından biri İrandaki etnik xalqların istəkləri oldu. Ona görə də Mahmud Əhmədinejad bəzi dillərin universitetlərdə tədirisi üçun tədbirlər görülməsinə göstəriş veridi. Amma bu konfransda prezidentin bu hökmünün hansi dillər və hansı bölgələrdə icra olunması məsələsi qaldırılmadı.


İran Parlamentinin rəisi Qulaməli Həddad Adil konfransda fars dilinin böyük bir sərvət olduğunu elan etdi. O, başqa dillərin dəyəri barədə isə bir söz demədi. Həddad Adil Millətin sözünün tərifinin nə olmasını dörd mövzuya bagladı və dedi: “ Bir topraq, bir hökumət və müştərək dil ilə müştərək tarix hər milləti tanıtdıran əlamətlərdilər.” O əlavə etdi ki,” Əgər fars dilinə maraq gostərilməsə, bu dil solar və aradan gedər.”

Buna baxmayaraq Hədad Adil İranda aradan gedən, çapı mümkün olmayan, məktəb və universitetlərdə tədris edilə bilməyən dillərin vəziyyətinin İran mədəniyyətinə vurduğu təsirlər barədə heç nə demədi.

XS
SM
MD
LG