Accessibility links

Əhmədinejad yeni kabinetini parlamentə təqdim edir


İran prezidenti Mahmud Əhmədinejad bu gün yeni kabinetini parlamentə təqdim edəcək. Kabinet üzvlərinin vəzifələrinin icrasına başlamasından əvvəl parlament cənab Əhmədejadın nazir siyahısını təsdiq etməlidir. İran Konstitusiyasına görə, prezident iki həftə ərzində öz hökumətini formalaşdırmalı və təsdiq olunması üçün Kabinet namizədlərini parlamentə təqdim etməlidir. Cənab Əhmədinejad ikinci dönəm prezidentliyə başlaması üçün avqustun 5-də and içmişdi. Suriya prezidenti Bəşər Əl Əsəd iranlı həmkarını təbrik etmək üçün bu gün Tehrana gəlib. Mahmud Əhmədinajadın ikinci dəfə prezident seçilməsi böyük mübahisələrə yol açmış və baş qaldırmış kütləvi etirazlardan sonra təhlükəsizlik rəsmiləri minlərlə insanı həbs etmişdi. Suriya prezidenti iğtişaşlar zamanı həbs edilmiş fransız müəllimə Klotild Reysə lobbiçilik edib. İranda 6 həftə həbsdə saxlanılan reysin zaminə buraxılmasına cənab Əsəd kömək etmişdi.
XS
SM
MD
LG