Accessibility links

Bu gün Bağdad ətrafında ağır hücumlar həyata keçirilib


İraq polisinin bildirdiyinə görə, Bağdad ətrafında baş verən partlayışlar azı 75 nəfərin ölümü, 310 nəfərdən çoxunun yaralanmasına səbəb olub. İraq paytaxtında bu gün həyata keçirilən hücumlar iyun ayının 30-dan, Birləşmiş Ştatlar qüvvələrinin İraqın böyük şəhərlərini tərk etməsindən sonra ən ağır hücumlardır. Güclü mühafizə olunan Yaşıl Zona yaxınlığındakı partlayış həmin zonanı şüşə qırıntıları ilə örtüb. Partlayış yaxınlıqdakı Xarici İşlər Nazirliyi və parlament binalarının şüşələrini sındırıb. Rəsmilər mərmilərin xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya düşdüyünü deyirlər. Polis digər qumbara hücumunun Bağdadın mərkəzindəki qubernator binasını hədəf aldığını, İraqın Maliyyə Nazirliyi yaxınlığında isə maşının partladıldığını xəbər veirir.

XS
SM
MD
LG