Accessibility links

Con Yettau evinə yola düşüb


Birmada müxalifət lideri Aunq San Suu Kyinin evinə icazəsiz daxil olaraq həbs edilən amerikalı Con Yettau bu gün Taylanddan evinə yola düşüb. Yettau qanunu pozduğuna görə, keçən həftə 7 illik ağır məcburi əməyə cəlb olunsa da, Birləşmiş Ştatlar senatoru Cim Veb Birmaya səfər etmiş və onun azadlığa çıxmasını təminat altına almışdı. Yettau Birləşmiş Ştatlara yola düşməmişdən öncə Banqkokda tibbi yoxlanışdan keçib. Birmanın dövlət nəzarətində olan mətbuat orqanının bildirdiyinə görə, Veb səfəri hər iki tərəf üçün uğurlu olub, belə ki, bu, ölkələr arasında münasibətlərin inkişafına kömək edə bilər. “Myanmarın yeni işıqları” qəzeti bu səfəri 1000 kilometrlik məsafənin ilk addımı qiymətləndirib.

XS
SM
MD
LG