Accessibility links

Con Yettau Birləşmiş Ştatlara qayıdıb


Birmada müxalifət lideri Aunq San Suu Kyinin evinə icazəsiz daxil olduğuna görə həbs edilən amerikalı Con Yettau bu gün Birləşmiş Ştatlara qayıdıb. Yettau keçən həftə 7 il müddətinə ağır məcburi əmək cəzasına məhkum edilsə də, Birləşmiş Ştatlar senatoru Cim Veb Birmaya səfər etmiş və onun azadlığa çıxmasına nail olmuşdu. Yettau Birləşmiş Ştatlara yola düşmədən öncə Banqkokda tibbi yoxlanışdan keçib. Birmanın dövlət nəzarətində olan mətbuat orqanının bildirdiyinə görə, Vebbin səfəri hər iki tərəf üçün uğurlu olub, belə ki, bu, ölkələr arasında münasibətlərin inkişafına kömək edə bilər.
XS
SM
MD
LG