Accessibility links

'Sentyabr buraxılışı'  adlı sənədli filmin premyerası oldu


Anna Vintour “Vogue” jurnalının beyni adlandırılır. Bunu yenicə istehsal edilən sənədli film “Sentyabr buraxılışı” bir daha sübut etmiş olur. Stilistlər və dizaynerləri bir araya gətirən filmin nümayişi Nyu-York şəhərinin Müasir İncəsənət muzeyində baş tutub.

Qonaqlar arasında kino-aktrisa Rene Zilveqer, Şan Diddi Komb, Melania və Donald Tram, habelə jurnalın cildini bəzəyən Sienna Miller kimi məhşurlar olub.

Sənədli film “Vogue”-un 2007-ci il sentyabr buraxılışının başa çatdırılmasına yardım edən işçi heyətindən bəhs edir. Bu, “Vogue”-un 117 illik tarixində ən böyük nəşri olub.

XS
SM
MD
LG