Accessibility links

Əfqanıstan seçkilərini monitorinq edən beynəlxalq müşahidəçilər seçkiləri azad və ədalətli adlandırır


Əfqanıstan seçkilərini monitorinq edən beynəlxalq müşahidəçilər seçkiləri azad və ədalətli adlandırır. Beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun müşahidəçiləri prezident və vilayət seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə keçirildiyini deyib.

Avropa İttifaqının müşahidəçiləri seçkiləri pozitiv adlandıraraq bildirib ki, zorakılıqlar təhlükəsi altında seçkilərin tam azad şəkildə keçirildiyini demək olmaz.

Əfqanıstanın Azad və Ədalətli Seçki Fondunun sözçüsü Nader Naderi taliblərin iki nəfərin mürəkkəbə batırılmış barmaqlarını kəsdiyini bildirib.

XS
SM
MD
LG