Accessibility links

Hakimulla Məshud Pakistan Talibanına lideri seçilib


Taliban komandiri deyir ki, Pakistan Talibanları bu ayın əvvəlində ABŞ-ın raket hücumu zamanı öldürülən Beytulla Məshudun yerinə yeni lider təyin ediblər. Maulvi Fəqir Məhəmmədin mətbuata açıqlamasına görə, 42 üzvlük taliban şurası Hakimulla Məshudu qrupun lideri vəzifəsinə təyin edib. Hakimulla Məshud Beytulla Məshudun yaxın yardımçılarından olub. Beytulla Məshud avqust ayının 5-də Əfqanıstanla sərhəd Vəziristan vilayətində Birləşmiş Ştatların raket hücumu nəticəsində həlak olduğu deyilir. Yeni liderin təyinatına baxmayaraq Paksitan Talibanı Beytulla Məshudun sağ olması barədə iddiaları davam etdirərək onun ağır xəstə olduğunu bildirir. Bununla yanaşı təhlükəsizlik qüvvələri məlumatında deyilir ki, dünın Paksitanın şimal-qərbində yaraqlıların sığınacağına ABŞ-ın raket hücumu nəticəsində 21 nəfər həlak olub.
XS
SM
MD
LG