Accessibility links

İraq müharibəsində ABŞ-ın 4337 hərbi qulluqçusu həlak olub


Pentaqonun bildirdiyinə görə, son 6 il ərzində İraq müharibəsində ABŞ-ın 4337 hərbi qulluqçusu həlak olub, 31000 nəfər xəsarət alıb. 716 hərbiçinin 2001-ci 11 sentyabr terror aksiyalarından sonra Əfqanıstan, Pakistan və Özbəkistanda həlak olduğu bildirilir.

Pentaqonun hesabatına görə, digər ölkələrdə 69 hərbi qulluqçu həlak olub, 3500 əsgər yaralanıb. Bu ölkələr siyahısında Qırğızıstan, Tacikistan və Türkiyə kimi ölkələrin adı çəkilir. Tələfatın əksəriyyətinin hərbi əməliyyatlar zamanı qeydə alındığı bildirilir.

XS
SM
MD
LG