Accessibility links

Moldovanın Kommunist partiyası liberal demokratlarla koalisiya fikrini rədd edib


Moldovanın Kommunist partiyası rəqib Liberal Demokrat partiyası ilə koalisiya yaradılması fikrini rədd edib. Bu il seçkilər zamanı parlamentdə əksəriyyəti itirən kommunistlərin lideri Vadim Misin bu gün keçirilən plenar sessiya zamanı kommunistlərin solçu koalisya yaratmaq niyyətində olduğunu bəyan edib.

Kommunista partiyası 1991-ci ildən bəri Moldovada hakimiyyətdədir.

İyul ayının 29-da keçirilən seçkilərdə kommunistlər 101 yerli parlamentdə 48 yer əldə edə bilmişdi. 4 müxalif partiyanın yaratdığı Avropaya inteqrasiya alyansı yerlərin 53-nə sahibdir.

XS
SM
MD
LG