Accessibility links

Əfqanıstanda prezident seçkiləri ilə bağlı şikayətlərin çoxluğu nəticələrə ciddi təsir göstərə bilər


Əfqanıstanın seçki komissiyasının bildirdiyinə görə, prezident seçkiləri ilə bağlı şikayətlərin çoxluğu seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər. Komissiya cümə axşamı günü seçkilərindən sonra qorxudulma və bülletenlərin doldurulması kimi 225 şikayət aldığını bildirir.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk seçki mübahisələrinin onu təəccübləndirmədiyini deyib. Əfqanıstanın qərbi Herat şəhərində danışan cənab Holbruk Amerikanın əfqan xalqının seçimi nəzərə alınan prosesə hörmət göstərəcəyini bildirib.

Əfqanıstan seçkilərini monitorinq edən beynəlxalq müşahidəçilər seçkiləri azad və ədalətli adlandırır. Beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun müşahidəçiləri prezident və vilayət seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə keçirildiyini deyib.

XS
SM
MD
LG