Accessibility links

Amerikanın ən qədim kommunası - Tvin Oaks


1960-cı illərdə qohumluq əlaqəsi olmadan bir yerdə yaşayarak, mənbələrini və məsuliyyətlərini bölüşən qruplar komuna adlanırdı.

Bu gün isə onlar icma adlanır. Belə qruplardan bəziləri ruhani məqsədlər ətrafında birləşir, digərləri diqqətini ətraf mühitə dair narahatlıqlara yönəldir. Həmin qrupların ən mühüm müşdərək cəhəti isə onların paylaşmaya inanmalarıdır. ABŞ-da ən qədim komunalardan biri 1967-ci ildə əsası qoyulan Tvin Oksdur.

Mal qara otlağından keçən torpaq cığırla gəzərək tərəvəz ləkləri ilə dolu böyük bağdan, meşədən keçərək nahar zalına çatırsan və bu qədər yol ərzində çox az insana rast gəlirsən.

Rass MakQi deyir ki, Virciniya ferması cənnət deyil ancaq o, 7 il əvvəl buraya gəlməsindən heç də təəssüflənmir: "Burada sadəlik yönümündə öhdəlik var. Çox səyahət edə bilməz, yləncəyə çox yer ayıra bilməzsiniz. Bununla yanaşı həmin həyatda böyük zənginlik mövcutdur. İnsan təbiyyət və başqa insanlarla daha yaxın əlaqədədir".

Valeri 17 ildir ki, buranın üzvüdür. O deyir ki, komunada istifadə olunan demək olar ki bütün yeməklər burada əkilir və yetişdirilir.

Tvin Oaks-da həyat amerikalıların əksəriyyətinin öyrəşdiyi həyatdan çox çətindir. Elanlar isə Facebook və Tvvitter əvəzinə lövhələrdə yazılır. Tvin Oaksın üzvləri yataqxana tipli evlərdə qalırlar. Arten 2 il əvvəl baş aşbazlıq işini tərk edərək Tvvin Oaksa yerləşib:"Mən bir nəçə il qonşularım olub, ancaq mən onları tanımamışam. Burada isə biz indi 90 nəfər bir yerdə yaşayırıq və mən onların hamısını tanıyıram".

Valeri isə deyir ki, kənddə hər şey pulsuzdur: "Yaşayır yeri, səhiyyə xidməti, ərzaq, paltar hamısı pulsuzdur və hətta biz əlavə xərclər üçün ayda 75 dollar pul alırıq".

Bu komuna və ya icmanın 42 il mövcudiyyətini davam etdirə bilməsinin səbəbi gərgin əməkdir. Müqaviləyə Tvin Oaksın üzvləri burada həftə ərzində 42 saat işləməlidir və qarşılığında icma onların bütün ehtiyaclarını ödəyir. Paksus Kaltanın sözlərinə görə, üzvlər işləyəcəkləri sahəni də özləri seçə bilər. O əlavə edir ki, icmanı dəstəkləmək üçün burada görüləsi çox iş var.

Tvin Oaksun iki biznesinin təmin etdiyi gəlirlər qrupun sığorta və başqa xərclərinin ödənməsinə imkan yaradır. İcmanın indiyə qədər mövcudiyyətini davam etdirə bilməsinin səbəblərindən biri də həmin hamak düzəldilməsi və tofu istehsalı biznesləridir. Soyadan istifadə edilərək hazırlanan tofu bir qədər pendirə oxşayır və əti əvəz edir. Tofu yüksək nisbətdə protein ehtiva edir.

Xatırladaq ki, Tvin Oaksda 17 avtomobil də var və başqa hərşey kimi onlar da paylaşılır. Burada yuyulmuş paltarlar təmiz havada asılır, su günəş enerjisi vasitəsilə qızdırılır və evləri isitmək üçün ağaclar yandırılır ki, bunlar Tvin Oaksı ekoloji cəhətdən Amerikanın digər icmalarından daha təmiz edir: "Biz normadan 66 faiz az elektrik enerjisi, 75 faiz az benzin istifadə etmişik. Bu hamısı bizim əməyimizdən irəli gəlir. Bu həyat tərzinin özü də ekologiyanın çirklənməsinin qarşısını alır".

Hazırda Tvin Oaksın üzvü olmaq istəyən çox saylı insan öz növbəsini gözləyir. Ancaq qonşuluqda yeni icmanın yaradılmasına başlamaq haqda söz-söhbət gedir.
XS
SM
MD
LG