Accessibility links

Admiral Mayk Mallen Taliban yaraqlılarının taktikalarını daha məharətlə həyata keçirdiklərini deyib


Əfqanıstandan alınan xəbərdə bildirilir ki, dünən gecə vəziyyətin ağır olduğu və getdikcə mürəkkəbləşdiyi cənub bölgəsində iki NATO əsgəri qətlə yetirilib. CNN televiziyasına müsahibəsində Birləşmiş Hərbi Qərargahlar rəisi, admiral Mayk Mallen bölgədəki Taliban yaraqlılarının taktikalarını getdikcə daha məharətlə həyata keçirdiklərini deyib. Digər bir müsahibəsində isə admiral Mallen amerikalıların Əfqanıstandakı müharibəyə dəstəyini azaldacağından narahat olduğunu bildirib. Cənab Mallen deyib ki, Bilrəşmiş Ştatlar ordusu diqqətini Əl-Oaidə, Taliban və digər ekstemist təşkilatların ABŞ torpaqlarında həyata keçirə biləcək terror hücumlarının qarşısını almağa yönəldib.

XS
SM
MD
LG