Accessibility links

Şotlandiyanın ədliyyə naziri Əbdel Baset Əl-Meqrahini azad etməsi barədə qərarını müdafiə edib


Şotlandiya ədliyyə naziri Kenni MakAskill Lokerbi üzərində təyyarəni partlatmış terminal xəstəliyi olan terrorçunu Liviyaya qaytarması barədə qərarını müdafiə edib. O, bu gün şotlandiyalı qanunvericilərə bildirib ki, Əbdel Baset Əl-Meqrahini həbsxanadan azad etməzdən əvvəl o, qurbanların ailələri və yüksək rütbəli ABŞ rəsmiləri ilə məsləhətləşmələr aparıb. MakAskill bildirib ki, o, bu qərarı qəbul edərkən Şotlandiya qanunlarına riayət edib.

Meqrahi 1988-ci ilin dekabrında Panam-103 nömrəli reyslə hərəkət edən təyyarəni Şotlandiyanın Lokerbi şəhəri üzərində partlatmaqda günahlandırılır. Həmin hücum zamanı 200 amerikalı daxil olmaqla, 270 adam həlak olmuşdu.

XS
SM
MD
LG