Accessibility links

Pakistanın Kəraçı şəhərində genişmiqyaslı terror qəsdinin qarşısı alınıb


Pakistan polisinin bildirdiyinə görə, bu gün ölkənin cənubundakı Kəraçi şəhərində Əl-Qaidə, yaxud Talibanla əlaqəsi olan yaraqlı qrupun planlaşdırdığı genişmiqyaslı terror qəsdinin qarşısı alınıb və reyd zamanı 13 yaraqlı həbs edilib. Polis eləcə də reyd zamanı intiharçı hücumları həyata keçirilməsində iştirak edəcək 7 nəfərin həbs edildiyini və onlarınistifadə edə biləcəyi partlayıcı maddələr və geyimlər ələ keçirildiyini bildirmişdir. Həmin qrup bundan əvvəl də hökumət işçilərinin qətlə yetirilməsi, keçən il İslamabaddakı Mariott mehmanxanası və 2003-cü ildə şiə məscidinin parladılmasında da iştirak etməkdə şübhələnilir.

Bununla yanaşı, Pakistanın Pəncab vilayətində də Taliban yaraqlıları olmalarından şübhəli bilinən 6 nəfərin həbs edildiyi xəbər verilir.


XS
SM
MD
LG