Accessibility links

Vaşinqton Şimali Koreyaya qarşı sanksiyaların icrasını təmin etməyə çalışır


Yüksək rütbəli ABŞ diplomatı deyir ki, Şimali Koreyaya qarşı BMT sansikiyalarının icrasını təmin etmək üçün Vaşinqton Cənubi Koreya ilə yaxından əməkdaşlıq edir.ABŞ elçisi Filipp Qoldberq bazar ertəsi bildirib ki, Cənubi Koreyanın şimaldakı turizm biznesi və sərhəd demilitarizasiya xəttində yaradılmış ümumi sənaye zonasının genişləndirilməsi sanksiyaların tətbiqinə mane olmayacaq.Seulda Cənubi Koreya rəsmiləri ilə görüşdükdən sonra Qoldberq bəyan edib ki, ABŞ Şimali Koreyaya nüvə silahları proqramını dayandırmaq üçün təzyiqlər göstərməkdə davam edəcək.
XS
SM
MD
LG