Accessibility links

Afina şəhəri ətrafında böyük yanğın baş verib


Yunanıstanda yanğınsöndürənlər təyyarə və vertolyotların köməyi ilə Afina şəhərinin ətrafında baş verən yanğını söndürməyə çalışmışlar. Rəsmilər 2000-dən çox yanğınsöndürənin şəhərin şimal-şərqindəki yaşayış binalarını xilas etməyə çalışdıqlarını, güclü küləyin alovu ərtafa daha çox yaydığını və söndürülməsini çətinləşdirdiyini deyirlər. Dünən gecə minlərlə yunanın küçələrdə qalmalı olduqları, Afinanın şimal hissəsindəki Aqio Stefanos şəhəri tamamilə sıradan çıxdığı üçün sakinlərinə evlərindən çıxmalarına göstəriş verildiyi bildirilir.

XS
SM
MD
LG