Accessibility links

İraqın şiə qrupları yeni alyans təşkil etmişlər


İraqın böyük şiə qrupları yeni alyans təşkil etmiş, lakin bu alyansa baş nazir Nuri Əl-Malikini və onun Dava partiyasını daxil etməmişlər. İraq qanunvericiləri bildirirlər ki, yeni alyans şiə qrupları arasında ən nüfuzlu sayılan İraqın Alı Şurası tərəfindəntəsis edilir. Onlar alyansa eləcə də Birləşmiş Ştatlar əleyhinə çıxış edən, şiə ruhanisi Moqtada Əl-Sədrı dəstəkləyənlərin də daxil ediləcəklərini bildirmişlər. Qeyd edək ki, yaradılan yeni birlik 2005-ci ildə təsis edilmiş Birləşmiş İraq Alyansını əvəzləyəcək. Dava partiyasının yeni birliyə qəbul edilməməsinin səbəbləri açıqlanmayıb.

XS
SM
MD
LG