Accessibility links

Iranda nümayişlər zamanı həbs edilənlərin 4-cü kütləvi məhkəməsi başlanıb


İran mediasının bildirdiyinə görə, iyun ayının 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsinə ediraz olaraq keçirilən nümayişlər zamanı həbs edilənlərin 4-cü kütləvi məhkəməsinə başlanıb. Xəbərlərdə bu gün Tehranın İnqilab Məhkəməsi qarşısına çıxarılan müttəhimlərin sayı barədə məlumat verilmir. Daxili işlər nazirinin sabiq müavini Mustafa Taczadə, xarici işlər nazirinin keçmiş müavini Möhsün Əminzadə və sabiq hökumt sözçüsü Abdulla Ramazan kimi islahatçılar da müttəhimlərin siyahısına daxildir.

Bu ayın əvvəlində İranda 28 nəfərin məhkəməsi keçirilib. Qeyd edək ki, İran indiyə qədər etiraz aksiyaları ilə bağlı 130 nəfərdən çox adamı məhkəmə qarşısına çıxarıb ki, onların arasında yüksək səviyyəli siyasətçilər, fransalı bir müəllimə və Britaniya və Fransa səfirliklərində çalışan iranlılar da var idi.

XS
SM
MD
LG