Accessibility links

Rusiya demoqrafik böhranla üzləşir


Yeni araşdırmalar göstərir ki, hər il Rusiyada 1 milyona yaxın adam alkohol və tütünlə əlaqəli xəstəliklərdən ölür. Son bir neçə ildə 15 və 54 yaşlar arasında vəfat edən rusların yarısının ölüm səbəbi alkoholla bağlı olub. Bu rəqəmlər isə Rusiya rəsmilərini narahat edir.

Bu günlər Rusiyada ölümlərin sayı doğum sayını üstələyir.

Dünya Səhiyyə Təşkilatı deyir ki, Rusiyalı kişilərin çoxu yalnız 60 yaşına qədər yaşamağa ümid edə bilər. ABŞ-da kişilərin orta ölüm yaş həddi 75-dir. BMT statistikası göstərir ki, Rusiyada əhali hər il yarım faiz azalır.

Britaniya tibb jurnalı Lanslet-in nəşr etdiyi araşdırma aşkar edib ki, Rusiyada alkohol və tütün Qərbi Avropadakından daha çox ölümə səbəb olur. Andrey Demin Moskvada İctimai Səhiyyə Assosiasiyasını təmsil edir:

“Bu ölkədə cərəyan edən başlıca demoqrafik böhran faktorudur və əslində ölkənin gələcəyini təhlükə qarşsında qoyur.”

Demin deyir ki, rus böyüklər orta hesabla ildə 50 butulka araq içir. O, bunu alkohol və tütün məshullarının ucuzluğu ilə izah edir.

Moskvadakı kiosklarda siqaretin paketi 30 sentdir. Pivə isə 1 dollardan ucuzdur – hətta sudan da.

Rusiya prezidenti Dmitri Medvedev səhiyyə böhranını milli təhlükəsizliyə hədə kimi dəyərləndirib.

Lakin Andrey Demin baş nazir Vladimir Putini tütün və alkohol məhsullarına qoyulan vergiləri artırmamağa görə qınayır:

“O, prezident olanda bu məsələni siyasi gündəmində birinci yerə qaldırmışdı. 2000-ci ildə o, demoqrafik tənəzzülü ölkənin bir nömrəli problemi adlandırmışdı. Lakin o vaxtdan bəri heç nə dəyişməyib.”

Rusiyanın səhiyyə naziri Tatyana Qolikova deyir ki alkjohol vətütünə vergilər tədricən arıtırlmalıdır.

“Belə həssas məhsullara vergiləri arıtırmaqla soisal təsirləri də nəzərə almaq lazımdır. Və bu növ artım mərhələli qaydada baş verməlidir. Biz bu qərarın qəbul edilməsi üçün təşviqat işləri aparacağıq, lakin bu, bir anda baş verməyəcək.”

1980-ci illərdə içkilərə məhdudiyyətlər tətbiq etdikdən sonra o zamankı Sovet lideri Mixail Qorbaçov populyarlığını itirmişdi. Əvəzində indiki hökumət rusları öz qayğılarına qalmağa çağıran, içkinin və siqaret çəkməyin sağlamlığa törətdiyi risklər barədə məlumatlandıran reklam kampaniyasına başlayıb.

XS
SM
MD
LG