Accessibility links

General İlker Başbuğ: Kürd üsyançıları ilə danışıqlara gedilməyəcək


Türkiyə ordusu kürd üsyançıları ilə heç bir danışıqlara gedilməyəcəyini, lakin hökumətin qərarına əsasən kürd azlıqlarına verilən hüquqları dəstəklədiyini bildirib. Ordunun veb səhifəsində bu gün açıqlanan məlumatda bildirilir ki, ordu generalı İlker Başbuğ PKK-ya qarşı mübarizənin davam etdiriləcəyini deyib. O, eləcə də hökumətə Türkiyənin milli birliyinə xələl gətirə biləcək heç bir addım atmamağı tövsiyə edib.

Türkiyə artıq 25 ildir PKK üsyançıları ilə mübarizə aparır. Lakin bu yaxınlarda Türkiyə hökuməti konfliktə son qoyulması məqsədi ilə bəzi siyasi və sosial dəyişikliklər etmək qərarına gəlib.Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan bu ayın əvvəlində hökumətin radikal bir razılıq əldə edilməsini istədiyini bildirmişdi.

XS
SM
MD
LG