Accessibility links

Əfqanıstanda keçirilmiş prezident seçkilərinin nəticələrinin qismən açıqlanacağı bildirilib


Əfqanıstanın seçki komissiyası ötən həftə keçirilmiş prezident seçkilərinin nəticələrini qismən açıqlayacağını bildirib. Lakin tam nəticələr 10 gündən sonra məlum olacaq. İnsanlar rəsmi nəticələri gözlədikcə ölkənin maliyyə naziri Həzrət Ömr Zaxilval prezident Həmid Karzainin qələbə çaldığını bəyan edib. Zaxilval bazar ertəsi prezidentin səslərin 68%-ni aldığını söyləyib. Karzainin aparıcı rəqibi olan sabiq xarici işlər naziri Abdulla Abdullanın sözçüsü bu iddianı rədd edib.

Siyasi cəbhədə isə BMT-nin Əfqanıstandakə xüsusi elçisi Kay Eyde saxtakarlıq barədə ittihamların araşdırıldığı bir vaxt insanları təmkin nümayiş etdirməyə çağırıb. Təhlükəsizlik məsələlərinə gəldikdəı isə baş qərargahlar rəisi Admiral Mayk Mallen ölkədə vəziyyətin getdikcə pisləşdiyini bildirib.

XS
SM
MD
LG