Accessibility links

Buş administrasiyası zamanı terror şübhəlilərinin dindirilməsi ilə bağlı yeni istintaqa başlanılacağı deyilir


ABŞ-ın ali ədliyyə rəsmisi Corc Buş administrasiyası dönəmində terror şübhəlilərinin dindirilməsi ilə bağlı yeni istintaqa başlamaq qərarına gəlib.Baş prokuror Erik Holder bazar ertəsi bildirib ki, prokuror Con Durham Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) terror şübhəlilərini dindirərkən qanunları pozub-pozmadığını müəyyən edəcək.Amerika Vətəndaş Azadlıqları Birliyinin təzyiqləri altında agentlik dindirmə barədə məxfi hesabatları açıqlayıb.Həmin hesabatda deyilir ki, mümkündür ki, müstəntiqlər şübhəlilərdə olduğuna inanılan məlumatı əldə etmək üçün təsdiq olunmamış metodlardan istifadə ediblər.2004-cü ildə bitirilmiş hesabatdan belə aydın olur ki, sərt taktikalar faydalı informasiya verməyib.CIA-in direktoru Leon Panetta agentılik işçilərinə deyib ki, o, nizamnaməyə əməl etmiş agentləri müdafiə edəcək.

XS
SM
MD
LG