Accessibility links

Pop ulduzu Maykl Ceksonun ölümü qətl kimi dəyərləndirilib


Los Anceles Qraflığının tibbi ekspertiza idarəsi bu qənaətə gəlib k, pop ulduzu Maykl Cekson qətlə yetirilib. Hələlik nəticələr ictimaiyyətə açıqlanmayıb. Hyustonda açıqlanan məhkəmə sənədlərində deyilir ki, Maykl Cekson qüdrətli anestetik propofol maddəsinin ölüdürücü səviyyədə inyeksiyası nəticəsində dünyasını dəyişib. Məhkəmə sənədlərinə əsasən Los Anceles Qraflığının tibbi ekspertiza idarəsi bu qərara Ceksonun cəsədi üzərində otopsi apardıqdan sonra gəlib. Müstəntiqlər hazırda Ceksonun reseptli dərmanlardan istifadəsini və onun şəxsi həkimi olan Konrad Murreyin rolunu nəzərdən keçirirlər. Murreyin Hyustonda ofisləri var. 50 yaşlı Maykl Cekson qəflətən iyulun 25-də Los Ancelesdə vəfat edib.

XS
SM
MD
LG