Accessibility links

Enqlvud şəhərinin meri Liviya lideri Möəmmər Qəzzafinin şəhərdə çadır qurması planının əleyhinə çıxıb


Nyu Cersi ştatının Enqlvud şəhərinin meri Qəzzafinin gələn ay BMT Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə şəhərdə çadır qurması planlarının əleyhinə çıxıb.Mer Maykl Vildes bazar ertəsi bildirib ki, cənab Qəzzafinin Enqlvud çəhərində yerləşənLiviya hökumətinə məxsus imarət qarşısında çadır qurması qəbuledilməzdir.O, terrorizmi maliyyələşdirən və bu yaxınlarda terrorçunu qəhrəman kimi qarşılamış liderin nəinki öz şəhərinə, ümumiyyətlə ABŞ-a buraxılmasından məyus olduğunu bildirib.

Keçən həftə cənab Qəzzafi 1988-ci ildə Pan-Am 103 reysli təyyarəni partlatdığına görə Şotlandiyada həbsdə yatan və ölümcül xəstəliyi üzündən azad edilən Əbdel Bəset Əli Əl-Meqrahini aeroportda hərarətlə qarşılamışdı.Həmin hücum nəticəsində 200 amerikalı daxil olmaqla 270 sərnişin həlak olmuşdu.

XS
SM
MD
LG