Accessibility links

ABŞ Mətbuatı: İranda seçkisonrası repressiyaslar və nüvə proqramı


Aparıcı müxalifət xadimlərini ittiham edən prokuror məhkəmədən müttəhimlərə ən ağır cəza verilməsini istəyib. Bu isə hökumətin müxalifətə qarşı repressiya kampaniyasında edam alətindən istifadəsinə dair ilk açıq işarədir.

Washington Postun yazdığına görə müttəhimlər sırasında görkəmli sabiq dövlət nümayəndələri, o cümlədən sabiq nazir müavinləri və sabiq prezident sözçüsü də yer alıb. Əgər iyun seçkilərindən sonrakı iğtişaşlarla bağlı günahkar tapılarlarsa onların partiyaları bağlanacaq. 1979-cu il İslam inqilabından bəri sərt xətt təmayüllü qüvvələrlə gərgin hakimiyyət mübarizəsi aparan müxalifət fiqurlarının 4-cü kütləvi məhkəməsi keçirilib. Müxalifət tərəfdarları məhkəmələri şou adlandırır. İslam İran İştirakı Cəbhəsi öz internet səhifəsində məhkəmələri çevriliş nəticəsində hakimiyyətə gəlmiş qüvvələrin legitimləşdirilməsi üçün bir vasitə adlandırıb. Ən yüksək cəzanın istənilməsi İnqilab Keşikçiləri Korpusunun , cümə ibadəti liderlərinin və hökuməti dəstəkləyən qanunvericilərin qətiyyətini nümayiş etdirir. Bu qrup habelə müxalifət hərəkatının liderləri olan Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və sabiq prezident Məhəmməd Xatəminin həbsinə çağırıblar. Artıq müxalifətin daxilində də müqavimət cərəyanının zəiflədiyi sezilir. Məşhur dissident kimi ad qazanmış sabiq kəşfiyyat nazrinin müavini Səid Həcəriyyan bu yaxınlarda keçirilən məhkəmədə hökumətdən mərhəmət diləmiş və səhv yolda olduğunu etiraf etmişdir.

Bu arada Obama administrasiyası və onun Avropalı mütəfiqləri Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın atom bombası əldə etməyə can atmasını göstərən dəlili ictimaiyyətə açıqlamaq üçün təzyiq göstərirlər. Qərb dövlətlərinin bu xahişi agentlik daxilində debatlara yol açıb. New York Times qəzetinin yazıdğına görə Obama administrasiyasının adının çəkilməsini istəməyən bir nümayəndəsi İrann nüvə proqramının hərbi aspektləri barədə bütün məlumatların ictimaiyyətə açıqlanması yönümündə iş aparıldığını bildirir. Administrasiyanın İranın nüvə proqramını müzakirəsinə ictimai müstəviyə çıxarmaq cəhdləri göstərir ki, Obama administrasiyasında İranın hazrıkı liderləri ilə dialoq qurmaq perspektivlərinin sönüklüyü qəbul edilir. BMT nüvə agentliyinin rəhbəri Məhəmməd Əl Baradei İrana minimal səviyyədə uran zənginləşdrməyə icazə verilməsinə tərəfdardır. Onun fikrincə əldə olan dəlillər İranın atom bombası istehsal etmək qabiliyyətində olduğunu tam sübuta yetirmir. Obama administrasiyasının bu məsələni ictiamiyət qarşısına çıxarması Buş administrasiyasının siyasəti ilə təzad təşkil edir. Belə ki, Obamanın Respublikaçı sələfi inanırdı ki, İrana qarşı arqumentləri tədricən və sakit şəkildə toplamaq lazımdır. İraqla bağlı kəşfiyyat qalmaqalından sonra Buş administrasiyası İranın nüvə proqramı haqda məlumatları ictimaiyyətə açıqlamaqdan və bu məlumatlar əsasında hansısa siyasət formalaşdırmaqdan çəkinirdi. Lakin BMT nüvə agentliyinin baş müfəttişi Olli Heynonen 2008-ci ilin fevralında keçirilən qapalı yığıncaqda aydın edib ki, İranın nüvə proqramı atom silahının istehsalından başqa hər hansı bir proqrama uyğun gəlmir. Bu isə BMT Təhlükəsizlik Şurasında oturan Rusiya və Çini İrana qarşı sərt sanksiyalar tətbiq etməyə inandırmaq lüzumunu artırır.

XS
SM
MD
LG