Accessibility links

Kuba ABŞ hökumətini məhkəməyə verməyə hazırlaşır


Bu həftənin əvvəllərində Əfqanıstana qaytarılan Quantanamo məhbusu Məhəmməd Cavadın vəkili Amerika hökumətinin yol verdiyi səhvləri qəbul etməməsinin narahatlıq doğurduğunu deyib. Erik Montalvo bildirib ki, Obama administrasiyasının bu yanlışlıqlar və problemlərin mövcudluğunu qəbul edərək, onların düzəlişi qərarına gələcəyinə ümid bəsləyir. 7 il Quantanamoda saxlanılan Məhəmməd Cavad məhbusların ən cavanı idi.

Hazırda 21 yaşı olan Cavad 2002-ci ildə Kabildə nömrəsiz bir maşına qumbara yerləşdirmək ittihamı altında idi. Həbs edildikdən bir ay sonra Quantanamoya göndərilən Məhəmməd Cavadın müharibə cinayətləri işində dəlillər olmaması və onun yaşının azlığı azadlığa buraxılmasına imkan yaratmışdı. Kuba ABŞ hökumətini məhkəməyə verməyə hazırlaşır.


XS
SM
MD
LG