Accessibility links

İraqın təhlükəsizlik qüvvələri hədəf alınır


Bu gün Bağdad daxilində və ətrafında bir nəfərin ölümü, azı 11 nəfərin yaralanması ilə nəticələnən maşınlara yerləşdirilmiş bomba hücumlarında hədəflər İraqın təhlükəsialik qüvvələri olub. Şimaldakı Taci şəhərində isə yol kənarına yerləşdirilimiş bomba partlayışı bir mülki vətəndaşın ölümünə, 5-nin yaralanmasına səbəb olub. Bağdadın Əzamiyyə məhəlləsində iki bomba hücumunu 6 nəfərin yaralanmasına səbəb olub.

Bütün bu hücumlar şiə məscidlərinə, məbədlərə və siyasi partiya ofislərinə təhlükəsilik tədbirlərinin gücləndirildiyi vaxta təsadüf edir. Bunlarla yanaşı minlərlə insanın İraqın İslam Şurasının şiə dini lideri Əbdül Əziz Əl-Hakimə ehtiramlarını bildirmək üçün müqəddəs Nəcəf şəhərində yas mərasiminə gəldikləri bildirilir.


XS
SM
MD
LG