Accessibility links

Vaşinqtonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası olub (Fotolar)


Avqustun 28-i Vaşinqtondakı Azərbaycan səfirliyinin binası önündə Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatının təşəbbüsü ilə etiraz aksiyası keçirilib. Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz əlaməti olaraq keçirilən nümayişdə 40-a yaxın insan iştirak edib. Amerikanın səsinin verdiyi məlumata görə, iştirakçılar arasında Riçmond Universitetinin məzunu olmuş Adnan Hacızadənin tələbə yoldaşları, Amerikadakı Azərbaycan icmasının üzvləri və bir çox amerikalı olub. Vaşinqton vaxtı ilə saat 16-dan 18-dək davam edən nümayişə Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton təmsilçisi və bəzi mətbuat nümayəndələri qatılıb. Nümayişə Azərbaycanın dövlət himni ilə başlayan etirazçılar "Emin və Adnana Azadlıq!", "Ədalətsiz məhkəmələrə yox!", "Polis Ədalətsizliyinə yox!", "Həbsdə olan jurnalistlərə azadlıq!" kimi şuarlar səsləndirib, Azərbaycan və Amerika bayraqları dalğalandırıblar. Daha sonra söz alan Sərhədsiz Rerortyorlar Təşkilatının nümayəndəsi Klotilda Lekoz təmsil etdiyi qurum adından bəyanat oxuyub. Bəyanatda Azərbaycan hökuməti Adnan və Eminlə yanaşı, digər jurnalistlərin də təcili azad edilməsinə çağırılıb. Klotilda Lekoz Amerikanın səsinə bildirib ki, Emin və Adnanın həbsi Azərbaycanda ilk belə hadisə deyil: "Bu, onların həbsinin siyasi motivli olduğunu göstərir". Təşkilatçılardan Elmar Şahtaxtınski isə bu nümayişin başlıca məqsədinin Azərbaycanda söz azadlığının boğulmasına qarşı etiraz bildirmək olduğunu deyib. Piketin sonunda isə Azərbaycan səfirliyinə etirazçıların bəyanatı təqdim olunub.
















































































































































XS
SM
MD
LG