Accessibility links

Ted Kennedi şənbə günü torpağa tapşırılacaq


Amerikalılar 77 yaşında dünyasını dəyişən ABŞ senatoru, Amerikanın ən nüfuzli siyasətçilərindən olan Edvard Kennediyə son ehtiramlarını bildirirlər. Minlərlə insan senatorun Amerika bayrağına bükülmüş cənazəsi önündən keçmək üçün növbəyə dayanıb.

Amerikanın sabiq prezidenti Con F. Kennedinin ən kiçik qardaşı Ted Kennedi beyin xərçəngindən iztirab çəkirdi. Senator Kennedi çərşənbə axşamı gecə Massaçusetts ştatının Hayannis şəhərindəki evində vəfat edib.

ABŞ prezidenti Barak Obama Kennedinin ədalət və bərabərlik uğrunda mübarizədə əvəzsiz rol oynadığını deyib. Prezident senatorun baxışlarının qanunlar və milyonlarla amerikalının mənafeyinə xidmət etdiyini deyib. ABŞ qanunvericiləri və bütün sabiq prezidentlər Edvard Kennedinin səhiyyə xidmətləri ilə yanaşı, vətəndaş hüquqları, təhsil, mühacirət kimi liberal məsələlərin həllindəki rolunu yüksək qiymətləndirib. Xarici ölkələrin sabiq və hazırkı liderləri senatorun vəfatına görə dərin kədər hissini ifadə edib.

Ted Kennedi şənbə günü torpağa tapşırılacaq. Dəfn mərasimində prezident Obamanın çıxışı gözlənilir.

XS
SM
MD
LG